access_time Dərc olunub: 20:05
Baş nazir yolda sürücülərə şokolad və pul payladı — VİDEO

Bayramlarda geniş yayılan bu adəti baş nazir küçədən keçən adi sakinlərə tətbiq edib

Türkiyənin baş naziri Binəli Yıldırım Qurban bayramında yoldan keçən avtomobilləri saxladıb, sürücülərlə bayramlaşıb. Böyüklərin bayramını təbrik edən nazir onlarla qısa söhbət edib. TİA.AZ olke.az-a istinadla xəbər verir ki, baş nazir sürücü və digər yaşlı insanlara şokolad verib. Avtomobildə olan balacalar isə baş nazirdən bayram xərci olaraq pul alıblar. Türkiyədə bayramlarda geniş yayılan bu adəti baş nazir küçədən keçən adi sakinlərə tətbiq edib. Videoçarx Türkiyə sosial mətbuatında geniş rezonansa səbəb olub.

Şərhlər