access_time Dərc olunub: 15:50
İranda hovuzda yaxalandılar: 64 qız və oğlan…

İranın İsfahan şəhərinin yaxınlığında bir hovuzda birlikdə çimib şənlik edən daha 64 qız və oğlan yaxalanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə İran polisi məlumat yayıb.

Saxlanılan şəxslər spirtli içki təsiri altında olublar.

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə kimi İranın müxtəlif şəhərlərində polisin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, ziyafətlərə və ad günü mərasimlərinə hücumu nəticəsində 1500 nəfərdən çox insan həbs edilib.

Şərhlər