access_time Dərc olunub: 20:39
Hindistanda fil 14 nəfəri öldürdü

Hindistanın Carxand və Bihar ştatlarında 1 fil 14 nəfərin ölümünə səbəb olub.


TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Carxand ştatında 25 yaşlı Raju Pahariya adlı gənc marketdən evə qayıdarkən filin hücumuna məruz qalaraq ölüb.

Məlum olub ki, həmin fil daha öncə Bihar ştatında 4 nəfəri də öldürüb. Fil sonra Carxand ştatındakı meşəliyə aparılıb. Lakin, burada da dinc durmayan fil aprel ayından bu günə qədər son hadisə ilə birlikdə 10 nəfərin ölümünə səbəb olub.

Beləliklə, iki ştatda ümumilikdə 14 nəfər 1 fil tərəfindən öldürülüb.

Meşə mühafizə idarəsinin rəsmisi Sinq bildirib ki, Heydərabad şəhərindən 5 nəfər fil təlimçisinin gələcəyini və həmin fili əhliləşdirəcəklərini söyləyib. O deyib ki, əgər fili sakitləşdirmək mümkün olmasa vurmaq üçün müvafiq idarələrdən icazə istəniləcək.

Şərhlər