access_time Dərc olunub: 17:43
İsrail ərəbi vətəndaşlıqdan çıxardı - Tarixdə ilk

İsrail tarixdə ilk dəfə bir ərəbi təhlükəli şəxs iddiası ilə vətəndaşlıqdan çıxarıb.


TİA.AZ xəbər verir ki, İsrail məhkəməsi tərəfindən vətəndaşlıqdan çıxarılan ərəb Alaa Reid Əhməd Zeyud iyunun 4-ü cinayətə təşəbbüsdən 25 il həbs cəzası alıb.

Qeyd edək ki, israilli ərəb 2015-ci ilin oktyabrda maşınını əsgərin üzərinə sürmüş və 3 nəfəri bıçaqlamışdı.

Şərhlər