Tribuna İnformasiya Agentliyi

Dünya sürətlə silahlanır: ABŞ birinci, Rusiya…

12 Dekabr

Dünyanın ən böyük hərbi büdcəsi olan ölkələrin siyahısı müəyyənləşib. 

Dünyanın ən böyük hərbi büdcəsi olan ölkələrin siyahısı müəyyənləşib.

TIA.AZ xəbər verir ki, bu informasiyanı “Ceyns Defens Vikli” jurnalı apardığı araşdırmadan sonra yayıb. Araşdırmaya əsasən 2016-cı ildə ən böyük hərbi büdcə ABŞ-a məxsusdur. Ondan sonrakı yerləri isə Çin, Böyük Britaniya, Hindistan və Səudiyyə Ərəbistanı tutur. Rusiya bu il altıncı yerdə qərarlaşmalı olub.

Jurnal həmçinin 2018-ci illə bağlı proqnoz da verib. Belə ki, 2018-ci ildə ABŞ öz hərbi büdcəsini 625,1 milyard dollara qədər artıraraq yenə liderliyini qoruyacaq. Ondan sonrakı yeri isə 210,5 milyard dollarla Çin tutacaq. Siyahıda əsas dəyişiklik Britaniya ilə bağlı olacaq. Hindistan hərbi büdcəsini 56,5 milyard dollara çatdırmaqla Britaniyanı (hərbi xərcləri 54,4 milyard dollar olacaq – red.) önləyəcək. Beşliyi 47,6 milyardla Ər-Riyad qapadacaq.

2018-ci ildə ilk onluqda həmçinin Fransa (45,1 milyard), Rusiya (41,1 milyard), Yaponiya (41 milyard), Almaniya (37,9 milyard) və Cənubi Koreya da (35,6 milyard) olacaq.