Tribuna İnformasiya Agentliyi

Dünya şöhrətli yazıçı və jurnalist dünyasını dəyişdi

16 May
Dünya şöhrətli amerikalı jurnalist və yazıçı Tom Volf dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, 87 yaşlı yazıçı Nyu Yorkda müalicə olunduğu “Manhattan” xəstəxanasında vəfat edib. O, infeksiyaya görə xəstəxanada yatırdı.
Yazıçının “The Right Stuff”, “The Bonfire of the Vanities” əsərləri 1980-ci illərdə ən çox satılanlar arasında yer alıb. Volfun qələmə aldığı “A Man in Full”, “Back to Blood” kimi yazıları da məşhur idi.