Tribuna İnformasiya Agentliyi

Dünya səyahətinə çıxan milyonçunun qızı itkin düşdü

08 Dekabr

Dünya səyahətinə çıxan britaniyalı milyonçu Devid Millanın qızı itkin düşüb.

Oxu.Az “Metro” nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı Qreys Millanı sonuncu dəfə Yeni Zelandiyada görüblər.

Artıq bir həftədir ailəsi qızından xəbərsizdir.

Polisin apardığı araşdırmaya əsasən, Q. Millanı sonuncu dəfə Oklenddə oteldə bir kişi görüblər. Polis həmin şəxsi sorğu-sual edib, lakin bunun axtarışlara köməyi olmayıb.