Dünya Oyunlarının da vaxtı dəyişdirildibackend

Dünya Oyunlarının da vaxtı dəyişdirildi

ABŞ-ın Birminqem şəhərində (Alabama ştatı) keçiriləcək XI Dünya Oyunlarının vaxtı dəyişdirilib.

TİA.AZ xəbər verir ki, 2021-ci ilin 15-25 iyul tarixlərində keçirilməsi nəzərdə tutulan Dünya Oyunlarının dəyişdirilməsinə səbəb Tokio Yay Olimpiya Oyunlarıdır.

Belə ki, Tokio Olimpiadası koronavirus səbəbindən 2021-ci ilin 23 iyul – 8 avqust tarixlərinə keçirildiyindən, Beynəlxalq Dünya Oyunları Assosiasiyası və Birminqem Təşkilat Komitəsi Dünya Oyunlarının 2022-ci ildə keçirilməsi barədə razılığa gəlib.

Razılığa əsasən, Dünya Oyunları 2022-ci ilin 7-17 iyul tarixlərində keçiriləcək.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az