“Dünya onlayn ticarətə keçir, biz isə…” – Ekspertbackend

“Dünya onlayn ticarətə keçir, biz isə…” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünya onlayn ticarətə keçir, Azərbaycanda isə bunun qarşısı alınır”.

Bu sözləri  açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O, xaricdən gətirilən mallara tətbiq edilən 1000 dollarlıq limitin 300 doillara endirilməsinin ciddi narazılıqlara səbəb olduğunu və bununla bağlı gömrüklərdə problem yarandığını deyib.

“Gömrük Komitəsi yeni bir portal yaratdı ki, vətəndaşlar burada qeydiyyatdan keçərək ayda bir dəfə 300 dollara qədər mal gətirə bilsin. Amma sayt elan edilən kimi də çökdü. İnsanlar qeydiyyatdan keçə bilmir, bəyannaməni qeydiyyata sala bilmir.

Bu qərarın nədən verildiyi hələ də sorğulanır. Çünki limit 1000 dollara qədər idi, amma onu 300 dollara endirdilər.

Gömrük Komitəsi açıqlama vermişdi ki, insanlar qərardan sui-istifadə edərək bunu biznesə çevirirlər. Amma biznesə çevirirlərsə, bunun qarşısını almağın yolu belə deyil. Dövriyyənin 3-5 faizi həcmində buna əlavə rüsum tətbiq etmək olardı.

Dünya onlayn ticarətə keçir. Azərbaycanda bunun qarşısını almaqdansa, ağılsız və mənasız baryerlər yaratmaqdansa, bunun biznesə çevrilməsinə kömək etmək lazımdır. Zatən insanlar işsizdirlər.

Qərarın özü çox səhv bir qərar idi. Təkcə gömrük qazansın deyə, ölkə vətəndaşları əziyyət çəkməməlidir. Burda çox ciddi problem var. Hesab edirəm ki, ya Nazirlər Kabineti özü bu limiti ləğv etməlidir, ya da Gömrük Komitəsi…”.