Tribuna İnformasiya Agentliyi

DÜNYA METEOROLOGİYA GÜNÜDÜR

23 Mart

Dünya Meteorologiya Təşkilatı (DMT) və ona üzv olan ölkələr hər il mart ayının 23-ü Dünya Meteorologiya Günü kimi qeyd edirlər. 

Dünya Meteorologiya Təşkilatı (DMT) və ona üzv olan ölkələr hər il mart ayının 23-ü Dünya Meteorologiya Günü kimi qeyd edirlər.

Azərbaycan Respublikası 1993–cü ildən Dünya Meteorologiya Təşkilatının Konvensiyasına qoşulmuşdur və sənəddən irəli gələn bütün tələbləri yerinə yetirir, təşkilatın qəbul etdiyi qərarları icra edir. Ölkəmiz müntəzəm olaraq meteoroloji, hidroloji, iqlim müşahidələri ilə məşğuldur, beynəlxalq və regional miqyasda məlumat mübadiləsi aparır.

Dünya Meteorologiya Gününün hər il bir deviz altında keçirilməsi ənənəyə çevrilmişdir. “Sizin üçün iqlim” devizi isə bu ilin mövzusudur. Bu deviz son illər qlobal iqlim dəyişmələri fonunda artan sellər, daşqınlar, tropik qasırğalar, tornado, sunami, rekord hava temperaturları və digər hidrometeoroloji hadisələr baxımından çox aktualdır.

Qlobal iqlim dəyişmələrinin törətdiyi fəsadların artmasına cavab olaraq dünya meteoroloqları 2009-ci ilin avqust-sentyabr aylarında 3-cü Dünya İqlim Konfransında tamamilə yeni bir xidmətin – İqlim Xidmətlərinin Qlobal Çərçivəsinin yaradılması planını təsdiq etmişlər.

Dünya Meteorologiya Təşkilatı 1873-cü ilin sentyabrında Vyana şəhərində yaradılmış və ən qədim beynəlxalq təşkilatlardan biri olan Beynəlxalq Meteorologiya Təşkilatının sələfidir. Qurum 1951-ci ildən BMT-nin Xüsusi Agentliyidir.

İlahə