Tribuna İnformasiya Agentliyi

Dünya liderləri nə qədər maaş alır?

15 Noyabr

Fransanın “Les Echoes” nəşrinin araşdırmasına görə ABŞ-ın hazırkı prezidenti Barak Obama dünya ölkələrinin liderləri arasında ən çox qazanan dövlət başçısıdır.  Fransanın “Les Echoes” nəşrinin araşdırmasına görə ABŞ-ın hazırkı prezidenti Barak Obama dünya ölkələrinin liderləri arasında ən çox qazanan dövlət başçısıdır. 

TİA.AZ xəbər verir ki, nəşrin hesablamalarına əsasən Obama ildə 400 min dollar əmək haqqı alır.

Reytinqin ikinci pilləsində Kanadanın baş naziri Castin Tryudo qərarlaşıb – 260 min dollar.

Almaniya kansleri Angela Merkel liderlər arasında üçüncüdür. Onun illik əmək haqqı 234 min dollar təşkil edir.

Rusiya prezidenti Vladimir Putin reytinqdə doqquzuncu yeri tutub. Onun maaşı ildə 136 min dollardır.

CAR prezidenti Ceykob Zuma 223 min, Böyük Britaniyanın baş naziri Tereza Mey 215 min, Yaponiyanın baş naziri Sindzo Abe 203 min, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 197 min, Fransa prezidenti Fransua Olland 194 min dollar qazanır.