Fevralın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,09% – 31,148.24 bəndədək, S&P 500 indeksi 0,47% – 3,934.83 bəndədək, Nasdaq indeksi isə 0,5% – 14,095.47 bəndədək yüksəlib.
TİA.AZ-ın məlumatına görə, Avropa fond bazarlarında fevralın 12-də FTSE 100 indeksi 0,94% – 6,589.79 bəndədək, Fransa CAC-40 indeksi 0,6% – 5,703.67 bəndədək, Almaniya DAX indeksi isə 0,06% – 14,049.89 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 823,2 dollara bərabər olub.