Tribuna İnformasiya Agentliyi

Dünya Çempionatında biabırçılıq – İranlı azakeşlərdən qəribə üsul – VİDEO

25 İyun

Dünya Çempionatının B qrupunda mübarizə aparan İranla Portuqaliya arasında bu gün III tur çərçivəsində baş tutacaq vacib görüşdən əvvəl iranlı azarkeşlər qəribə üsula əl atıblar.

TİA.AZ  publika.az-a istinadla xəbər verir ki, qrupda 3 xalla 3-cü yeri tutan millinin tərəfdarları Portuqaliya millisinin məskunlaşdığı Rusiyanın Saransk şəhərindəki “Merkuri” hotelinin önündə parti təşkil ediblər.

Azarkeşlər bununla Portuqaliya yığmasının dincəlməsinə və yatmasına mane olmaq istəyiblər. Onların məqsədi millinin bugünkü oyuna yorğun və yuxusuz çıxmasını təmin etmək olub.Azarkeşlərin əsas hədəfi isə Portuqaliya yığmasının aparıcı futbolçusu Kriştianu Ronaldu olub.