Tribuna İnformasiya Agentliyi

Dünya Çempionatı-2018: Kolumbiya və Yaponiya 1/8 finalda – VİDEO

28 İyun

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında III turun növbəti oyunları keçirilib. Modern.az xəbər verir ki, “H” qrupunda Kolumbiya-Seneqalı, Polşa-Yaponiya oyunları baş tutub.

Qarşılıqlı hücumlar şəraitində keçirilən görüşün sonunda Kolumbiya Seneqalı, Polşa isə Yaponiyanı 1:0 hesabı ilə məğlub edib. Belə ki, Polşanın yeganə qolunu 60-cı dəqiqədə Bednarek, Kolumbiyanın qolunu isə  74-cü dəqiqədə Yerri Mina vurub.

Bu nəticədən sonra Kolumbiya xallarının sayını 6-ya çatdıraraq qrup birincisi kimi 1/8 finala vəsiqə qazanıb. Yaponiya və Seneqal yığmalarının hər ikisi 4 xala malik olsa da, Yaponiya əlavə göstəricilərə görə növbəti mərhələyə vəsiqə qazanıb.