Dünya bu şəxsdən danışır – Son anda xilas oldubackend

Dünya bu şəxsdən danışır – Son anda xilas oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İspaniyada davam edən meşə yanğınlarında alov içində qalan bir adam son anda xilas olub.
Zamora əyalətinin Tabara şəhərində alovun yaşadığı qəsəbəyə keçməsinin qarşısını almaq üçün xəndək qazan Angel Martin Arjona alovun ortasında qalıb.
İş maşını ilə alovdan xilas olmağa çalışan Arjona bir müddət sonra avtomobildən çıxıb və qaçaraq alovdan çıxmağı bacarıb. Bədənində ciddi yanıq xəsarətləri olan şəxs xəstəxanaya yerləşdirilib.
Bundan əlavə şiddətli yanğınların davam etdiyi Zamorada sərnişin qatarının alovlar arasında qalması nəticəsində sərnişinlər qorxulu anlar yaşayıb. Qatarın hər iki tərəfində görünən alov böyük çaxnaşma yaradıb.
Onu da qeyd edək ki, Zamorada baş verən meşə yanğınları nəticəsində 2 gün ərzində 69 yaşlı çoban və 62 yaşlı yanğınsöndürən alovlar içində dünyasını dəyişib.
İspaniyada yanğınsöndürənlər ən azı 30 fərqli yerdə yanğınla mübarizəni davam etdirirlər. Yanğınlar zamanı indiyədək 2000 hektar sahənin külə döndüyü bildirilib.