Tribuna İnformasiya Agentliyi

Dünya bu iranlı qadından danışır – VİDEO

11 İyun
İranda baş verən bir hadisə dünya mətbuatının gündəminə düşüb.

İranda başı açıq olan bir qadın başını örtməsi üçün ona xəbərdarlıq edən əxlaq polisi ilə mübahisə edir.

Hadisə metroda baş verib. Əxlaq polisi başı açıq bir qadına sərt şəkildə xəbərdarlıq edir. Bundan əsəbləşən qadın əvvəlcə polislə mübahisə edir sonra isə ona təpik vurur.

Metro polisə isə əxlaq polisinə yaxınlaşaraq gənc qadına müdaxilə etməməyi məsləhət görür./olke.az