Tribuna İnformasiya Agentliyi

Dünya birjalarında qızıl bahalaşıb

13 Aprel

Amerika fond bazarında “Dow Jones” indeksi 1,21% – 24 483,05 bəndədək, “S&P 500” 0,83% – 2 663,99 bəndədək, NASDAQ isə 1,01% – 7 140,25 bəndədək bahalaşıb.

TİA.AZ  xəbər verir ki, Avropa fond bazarlarında “FTSE 100” indeksi 0,02% – 7 258,34 bəndədək, Almaniya DAX-ı 0,98% – 12 415,01 bəndədək, Fransa CAC-40-ı 0,59% – 5 309,22 bəndədək bahalaşıb.

 

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,10 dollar bahalaşaraq 1 343,00 dollara, gümüşün unsiyasının qiyməti 0,04 dollar artaraq 16,51 dollara satılıb.