Tribuna İnformasiya Agentliyi

Dünya birjalarında neft bahalaşıb

15 Sentyabr

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

TİA.AZ xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar ucuzlaşaraq 78,09 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,40 dollar bahalaşaraq 68,99 dollar olub.