Dünya 30 ildə 178 milyon hektar meşə itirib!backend

Dünya 30 ildə 178 milyon hektar meşə itirib!

Dünyada meşələrin sahəsi qısalmaqda davam edir. Dünya 1990-cı ildən üzübəri 178 milyon hektar meşə itirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatının hesabatında söz açılır.

Meşə itkisinin ən böyük illik göstəricisi 2010-2020-ci illərdə Afrikada qeydə alınıb. Bu müddətdə sözügedən qitədə meşələrin sahəsi hər il 3,9 milyon hektar azalıb.

Eyni zamanda ağacların kəsilməsi səbəbilə meşə itkisinin ahəngi 1990-2020-ci illər aralığında bəzi ölkələrdə əhəmiyyətli dərəcədə azalıb. Elə həmin dövrdə ən çox meşə sahəsi artımı Asiyada müşahidə olunub.

Meşələr təxminən, quru sahənin üçdə birini örtür ki, bu da 4,06 milyon hektar təşkil edir. Bütün meşələrin həcminin yarıdan çoxu (54 faiz) 5 ölkənin – Rusiyanın, Braziliyanın, Kanadanın, ABŞ-n və Çinin payına düşür.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki