DU-nun keçirdiyi 172 min manatlıq tender ləğv olundubackend

DU-nun keçirdiyi 172 min manatlıq tender ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Dövlət Universitetinin fevralın 25-də keçirdiyi və məbləği 172 min 601 manat 81 qəpik məbləğində olan tenderin nəticəsi ləğv olunub.
Qaynarinfo xəbər verir ki, universitetin qazanxana bina və avadanlıqlarının, sanitariya qovşaqlarının əsaslı təmiri işlərinin satınalınması məqsədilə 25 fevral 2021-ci il tarixində keçirilən açıq tenderin nəticələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 05 mart 2021-ci il tarixli ABNDX-15/01-5/9901 saylı məktubuna və Azərbaycan Respublikası “Dövlət satınalmaları haqqında” Qanunun 36.5-ci və 36.5.3-cü maddələrinə əsasən (tender təkliflərinin formal tələblərə uyğun gəlmədiyi üçün) ləğv olunur.

 

Qeyd edək ki, tenderin qalibi 27.11.2019 tarixində yaradılan və 10 manatlıq nizamnamə kapitalına malik “Koneks Construktion” MMC olmuşdu.
Şirkət Milli Arxiv İdarəsi 12.03.2021 tarixində keçirdiyi və  məbləği 155257.04 AZN olan qurumun Bakı şəhəri Ziya Bünyadov prospekti 3 və Həsən bəy Zərdabi küçəsi 593 ünvanında aparılacaq cari təmir işlərinin satınalınmasının qalibi olub.