DTX RƏİSİ VƏ OĞLU ŞUŞA ŞƏHƏRİNƏ GEDİB – FOTObackend

DTX RƏİSİ VƏ OĞLU ŞUŞA ŞƏHƏRİNƏ GEDİB – FOTO

Xəbər verdiyimiz kimi, Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş Şuşa şəhərinin təhlükəsizliyinin gücləndirilməsi, şəhərdə hərbi və hüquq-mühafizə orqanları arasında koordinasiya işinin təşkili məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyev Şuşa şəhərində səfərdə olub.

Onun oğlu İlhamla Şuşa şəhərində çəkilmiş fotosu sosial şəbəkələrdə paylaşılıb.

***

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş Şuşa şəhərinin təhlükəsizliyinin gücləndirilməsi, şəhərdə hərbi və hüquq-mühafizə orqanları arasında koordinasiya işinin təşkili məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin cari ilin 19-20 noyabr tarixlərində Şuşa şəhərinə xidməti səfəri olub.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Qeyd edilən səfər çərçivəsində Xidmət rəisi, həmçinin Füzuli şəhəri və Hadrut qəsəbəsində DTX-nin yeni fəaliyyətə başlamış yerli şöbələrinin təchizat məsələləri və iş şəraiti ilə tanış olub, Müdafiə Nazirliyi və digər strukturların əməkdaşları ilə görüşlər keçirib, qarşıda duran birgə vəzifələr müzakirə olunub.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki