DTX Biləsuvarın icra başçısını HƏBS ETDİ – Başçının müavinləri də saxlanılıb- YENİLƏNİRbackend

DTX Biləsuvarın icra başçısını HƏBS ETDİ – Başçının müavinləri də saxlanılıb- YENİLƏNİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

Qafqazinfo xəbər verir ki, İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.

Artıq icra başçısı və bir neçə müavini saxlanılaraq Bakıya gətirilib.

Qeyd edək ki, Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.