DSX-nin sabiq hərbçiləri saxlanıldı: Sərhəddə narkotik yığırmışlarbackend

DSX-nin sabiq hərbçiləri saxlanıldı: Sərhəddə narkotik yığırmışlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbrayılda Azərbaycan sərhədini pozan şəxslər saxlanılıb, 95 kq-dan artıq narkotik götürülüb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, iyul ayının 21-də saat 20:08-də qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olan cinayətkar qrupların zərərsizləşdirilməsi istiqamətində DSX tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədindən ümumi çəkisi 95 kq 0.700 qr olan narkotik vasitəyə bənzər maddəni (87 kq 0.700 qr marixuana, 7 kq 0.600 qr heroin, 0.400 qram metamfetamin) və psixotrop tsərkibli dərmanları (“Metadon-40” 1980 həb və “Preqobalin-150” 12465 həb) Azərbaycan ərazisinə keçirməyə cəhd edərkən xidmət zamanı sərhədçi adını ləkələdiklərinə görə tərxis edilmiş DSX-nin yeddi nəfər sabiq hərbi qulluqçusu saxlanılıb.

Faktla bağlı Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.