DSX: “Ermənistanla sərhəddə təxribatlar davam edir”backend

DSX: “Ermənistanla sərhəddə təxribatlar davam edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan tərəfindən 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub”

Azərbaycanla Ermənistan sərhədində atəşkəs rejimi pozulduğu bildirilir.

TİA.AZ xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 2-də saat 05:00 radələrində Ermənistan silahlı qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən atəşkəs rejimi pozulub.

Belə ki, həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılıb.

DSX hadisənin detalları barədə açıqlama verməyib.