DSMF-NİN 40 MİNLİK KARTRİC “ƏMƏLİYYATI” – TENDERLƏ…backend

DSMF-NİN 40 MİNLİK KARTRİC “ƏMƏLİYYATI” – TENDERLƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sosial Müdafiə Fondu kartriclərin alınması üçün müsabiqə elan edib. TİA.Az-ın xəbərinə görə, tenderdə “Kəmər-Qaya” MMC qalib olub. DSMF kartriclərin alınmasına nə az, nə çox 40 819.74 manat ayırıb.
Maraqlıdır, kartric üçün 40 mindən artıq vəsait nəyə lazımdır? Buna DSMF İdarə Heyətinin sədri Himalay Məmişov daha yaxşı aydınlıq gətirə bilər. Çünki kartric üçün 41 min məsrəf etmək suallar doğurur.
Ümumiyyətlə, dövlət qurumlarının tender müsabiqələri kifayət qədər qeyri-şəffaf, şübhəli və korrupsiya elementləri ilə müşayiət olunur.
Dövlət qurumları, icra hakimiyyətləri, nazirliklər, komitələr özlərinə yaxın firmaları tenderdə qalib elan edərək vəsaiti idarə edirlər.

TİA.Az