DSMF-dən 2 milyon yarımlıq tender: “Bayraq” qalmaqallı şirkət qalib oldubackend

DSMF-dən 2 milyon yarımlıq tender: “Bayraq” qalmaqallı şirkət qalib oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) maşın və avadanlıqların alınması üçün keçirdiyi tenderə yekun vurub.

Valyuta.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Lotus Co” QSC-dir.

Qalib şirkətə 2 milyon 631 min manat ödəniləcək.

Qeyd edək ki, QSC 01 avqust 2017-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 2010 manat olan şirkətin qanuni təmsilçisi Seymur Məmməd oğlu Cəfərovdur. Hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, 4 MKR, Mir Cəlal küçəsi ev 60, mənzil-89-da yerləşir.

“Lotus Co” QSC bununla artıq neçənci dəfədir ki, ƏƏSMN-nin elan etdiyi tenderlərin qalibi olur. Qeyd edək ki, 23 noyabr 2020-ci il tarixində Dövlət Məşğulluq İdarəsi tərəfindən elan olunmuş 35 343 manatlıq “Bayraq” tenderinin qalibi olub. Tenderdən sonra qurumun inzibati binasında Azərbaycan dövlət bayrağının əks olunması işlərini həyata keçirilib. Yəni, qurum öz inzibati binasına üçrəngli bayrağımızı taxmaq üçün bu qədər vəsaitindən vaz keçməli olub. Bu da təbii ki, qısa müddətdə ölkə KİV-nin gündəminə düşüb və kəskin tənqid olunub. Agentlikdən isə məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən dəyəri milyonlarla manat olan tenderləri udan “Lotus Co” QSC barədə açıq internet resurslarda hər hansı bir məlumata rast gəlmək olmur.