DSMF 1 MİLYON 122 MİN MANATLIQ MƏSLƏHƏT ALIBbackend

DSMF 1 MİLYON 122 MİN MANATLIQ MƏSLƏHƏT ALIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ bildirir ki, İctimai fəal  Bəxtiyar Hacıyev Facebook-dakı şəxsi profilində 1 milyon 122 min manatlıq (1122210 AZN) məsləhət verən şirkət haqqında status paylaşıb. Onun statusunu olduğu kimi təqdim edirik:

“Əmək naziri Sahil Babayevin müavininin qaynının şirkətinə (Ekvita MMC) 30 000 manatlıq tender verməsi barədə bu gün yazmışdım. Şirkət nazirliyin tabeliyindəki DSMF-ə rüşvətxorluğa qarşı məsləhət verəcəkmiş.

Deyilənə görə DSMF-i kurasiya edən nazir müavini Anar Kərimov həmin şirkətin rəhbəri ilə təkcə qohum yox, həm də partnyor, həmtəsisçi imiş.

Nazirliyin DSMF-i həmin şirkətdən iyulda 52 000 manatlıq maliyyə məsləhəti alıbmış.

Avqustda isə həmin nazirliyin Dövlət Məşğulluq Agentliyi həmin şirkətdən 920 000 manatlıq peşə standartları hazırlanması barədə məsləhət alıbmış.

Hə, bir də həmin nazirliyin DOST agentliyi keçən il həmin şirkətə 120210 manatlıq məsləhət xidməti göstərib. Hansı məsləhət göstərdikləri yazılmayıb, sadəcə “məsləhət” verəcəklərmiş.

Deyəsən Sahil Babayevin ən çox sevdiyi atalar sözü “Məsləhətli don gen olar” sözüdür. Şirkət də məsləhətli şirkət imiş, bir nazirlikdən 3 məsləhət tenderinə 1 milyon manatdan çox pul ala bilibsə, nə gözəl.

İndi nazir müavini ilə yeznə-qayın şirkət rəhbəri 1 milyon 120 000 tender alandan sonra oturub məsləhətləşəcəklər ki, korrupsiya ilə necə mübarizə aparaq beynəlxalq standartlarda?”

TİA.AZ