Tribuna İnformasiya Agentliyi

Draqun “Qarabağ”a vurduğu qolu xəstə qızına həsr etdi

08 Avqust

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”a qol vuran BATE-nin yarımmüdafiəçisi Stanislav Draqun bunu qızına həsr etdiyini bildirib.

Oxu.Az xəbər verir ki, o, 36-cı dəqiqədə vurduğu qoldan danışarkən bunları bildirib:

“Bu qolu həyat yoldaşıma və hazırda səhhətində müəyyən problemləri olan qızıma həsr edirəm. Ümidvaram ki, dəqiq zərbəm və BATE-nin qələbəsi onlara müsbət emosiyalar bəxş edəcək və qızımın sağalmasını sürətləndirəcək”.

Qeyd edək ki, oyundakı yeganə qol “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun səhv ötürməsindən sonra vurulub.