Döyüşlərin qızğın vaxtlarında Xankəndidə olan ispan jurnalistin təəssüratları (VİDEO)backend

Döyüşlərin qızğın vaxtlarında Xankəndidə olan ispan jurnalistin təəssüratları (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın “Lenta.ru” nəşri müharibə dövründə Dağlıq Qarabağda olan ispan jurnalist Pablo Qonzalesin müsahibəsini yayımlayıb.
Döyüşlərin qızğın vaxtlarında Xankəndidə və digər işğal olunmuş şəhərlərdə olan jurnalist oradan İspaniyanın “EFE” xəbər agentliyi, bask qəzeti “Gara”, Amerikanın Səsi, bir neçə Polşa nəşri və Latın Amerikası televiziyası üçün materiallar hazırladığını bildirib.
Qarabağdakı şəhərlərin atəşə tutulmasından danışan Qonzales Azərbaycan ordusunun yalnız hərbi hədəflərə atəş açdığını qeyd edib.
“Hər bir halda azərbaycanlılar dəqiq hədəflərə, məsələn, hava hücumundan müdafiə sistemlərinə zərbələr endirməyə çalışırdılar. Bilərəkdən mülki obyektlərə, o cümlədən otellərə və mülki əhalinin çox olduğu yerlərə toxunmurdular. Prezident sarayına belə atəş etmirdilər, baxmayaraq ki, istəsəydilər onu hədəf almaq çox asan idi – bina aydın görünürdü”, – deyə jurnalist qeyd edib.
Jurnalist xüsusilə Ağdərə şəhərinə edilən hücumlara da toxunub.
“Heç kim üçün gizli deyil ki, erməni artilleriyası şəhərin özündən hücuma keçirdi və bu səbəbdən də azərbaycanlılar oranı vururdular” ,- deyə Qonzales sözlərinə əlavə edib.