“Döyüş başlayandan sonra insanlar koronavirusu unutmağa başlayıb”backend

“Döyüş başlayandan sonra insanlar koronavirusu unutmağa başlayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həm dövlətin atdığı addımlar, həm də vətəndaş məsuliyyətinin artması hesabına Azərbaycanda koronavirusa yoluxma statistikasında stabillik yaranıb. Lakin son günlər cəbhədə savaş başladıqdan sonra insanlar ikinci düşməni unutmağa başlayıblar. Biz bunun fəsadlarını sonradan görə bilərik”.

TİA.AZ xəbər verir ki, bunu REAL TV-yə aşıqlamasında TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

O qeyd edib ki, bu fəsadları görməmək, ordumuza dəstək olmaq üçün bəsit qaydalara əməl etməliyik: “Koronavirus pandemiyası artıq dünyada vüsət almağa başlayıb. Bu ikinci dalğa sayılmır, müəyyən yumşalmalardan sonra təkrar vüsət alan koronavirus pandemiyasıdır. Biz hər zaman koronavirus pandemiyasından özümüzü qorumağa borcluyuq. Həm ordumuza, həm də dövlətimizə dəstək adına gigiyenik qaydaları yerinə yetirməliyik”.