Döyülən qadını videoya çəkən şəxs cinayət məsuliyyətinə cəlb oluna bilərmi?(VİDEO)backend

Döyülən qadını videoya çəkən şəxs cinayət məsuliyyətinə cəlb oluna bilərmi?(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran rayonun Nüvədi kəndində qadının gəlini döyməsi faktı ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər müzakirələrə səbəb olub. Sözügedən video ilə bağlı yaranan suallardan biri də görüntüləri qeydə alan şəxsin mövqeyidir. Məsələ ilə bağlı TİA.az-a danışan hüquqşünas Xəyal Bəşirli deyir ki, görüntülərdəki şəxslərdən biri şikayətçi olarsa, videonu çəkən şəxslə bağlı araşdırma aparıla bilər:

“Yayılan görüntülərdə döyülmə faktı olduğu üçün videonu çəkən şəxsin əməli ikinci planda qalır. Əgər həmin şəxs məsuliyyətə cəlb edilsə, o deyə bilər ki, mənim niyyətim qanun pozuntusunu ictimailəşdirmək idi.

Çünki cinayət və ya qanun pozuntusunu gizlətmək daha ciddi məsələdir nəinki ictimailəşdirmək. Təbii ki, qanunu bilməmək şəxsi məsuliyyətdən azad etmir. İstənilən halda bu məsələdə konkret bir fikir söyləmək mümkün deyil. Konkret bir fikir söyləmək üçün araşdırma mütləqdir. Hazırkı duruma görə yalnız bunu demək mümkündür ki, əgər videoda olan şəxslərdən biri həmin görüntüləri çəkən şəxsdən şikayətçi olarsa, həmin şəxs məsuliyyətə cəlb oluna bilər”

Aytac Sahəd

TİA.AZ
v