Dövriyyəyə 500 manatlıq əskinaslar buraxılıb? – Rəsmi açıqlama (VİDEO)backend

Dövriyyəyə 500 manatlıq əskinaslar buraxılıb? – Rəsmi açıqlama (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sosial şəbəkələrdə Azərbaycan Mərkəzi Bankı (AMB)  tərəfindən dövriyyəyə 500 manatlıq əskinasların buraxıldığına dair məlumatlar yayılıb. İstifadəçilər hətta əskinasın fotosunu da ictimailəşdiriblər.
 
TİA.AZ xəbər verir ki, məsələ ilə bağlı AMB-nin mətbuat xidmətinin rəhbəri Namiq Əliyev faktı təsdiqləməyib:
“AMB tərəfindən dövriyyəyə 500 manatlıq əskinaslar buraxılmayıb və buraxılması da gündəmdə  deyil”.
N.Əliyevin sözlərinə görə, 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib.