Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilən sənədə əsasən, ailə 19-cu binada yerləşən 48-ci mənzilə köçürülməli idi. Mənzildə isə başqa ailə məskunlaşdığından Sədaqət Əhmədova və oğlu əşyaları da yanına yığaraq küçədə gecələməli olub.
“Dövlətqaçqınkom”a vəziyyətlə bağlı məlumat verən ailəyə bildirilib ki, bu gün səhər nümayəndələr gələrək, onları yerləşdirəcək.
“Xəzər Xəbər”in çəkilişi zamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi əraziyə gələrək, ailədən bir günlük də möhlət istəyib və onların sabah başqa bir mənzilə köçürüləcəyini vəd edib. Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə tam fərqli münasibət bildirib.
Qeyd edək ki, ailənin köçürülməsi üçün nəzərdə tutulan bina 19, mənzil 48-də may ayından etibarən başqa bir məcburi köçkün ailəsi məskunlaşıb. Rəsmi sənəd qurum tərəfindən onlara da verilib. Həmin ailə mənzili tərk etməyəcəyini bildirib.