“DÖVLƏTİN AYIRDIĞI PULUN İÇİNDƏ MÜALİCƏ XƏRCİM NİYƏ TAPILMADI?” – BAŞ REDAKTORDAN TƏBİB-Ə ETİRAZbackend

“DÖVLƏTİN AYIRDIĞI PULUN İÇİNDƏ MÜALİCƏ XƏRCİM NİYƏ TAPILMADI?” – BAŞ REDAKTORDAN TƏBİB-Ə ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“COVİD-ə yoluxmuşdum. 20 gündən çoxdur ki, ailəvi müalicə olunurduq. Çox axmaq, alçaq və məkrli virusdur. Səni hardan “vuracağını” bilə bilmirsən. Sizə deyim ki, dövlətin dərman yardımı ilə bağlı TƏBİB-in bəh-bəhlə dediklərini görmədim. Yoluxmanın 2 günü sahə həkiminin, TƏBİB-in bununla bağlı addımlarını gözlədim. Heç birindən səs çıxmadı. Nə dərman göndərdilər, nə halımı soruşan oldu”.
TİA.Az xəbər verir ki, bu sözləri azpost.info saytının baş redaktoru, tanınmış jurnalist Xaqani Səfəroğlu yazıb.


Onun sözlərinə görə, 2-ci günü qızdırmadan qara basanda başa düşüb ki, bir az da belə getsə vəziyyət ağırlaşa bilər: “TƏBİB-dən dərdə dərman olmaz. Dostumun sayəsində həkim tapdım. Resept üzrə müalicəyə başladıq. Deyim sizə ki, xeyli də pul xərcləməli, dost-qardaşdan borc almalı oldum.
İndi mən sual edirəm: Dövlətin koronavirusla bağlı ayırdığı pulun içində mənim müalicə xərcim niyə tapılmadı? Dərmanlar niyə göndərilmədi? Nə üçün mən cibimdən 2 min manatdan çox pul xərcləməli və borca düşməli idim?”
Qyed edək ki, Asiya İnkişaf Bankı (AİB) koronavirus (COVID-19) pandemiyasının sağlamlıq, sosial və iqtisadiyyata olan mənfi təsirlərini azaltmaq üçün hərtərəfli planının həyata keçirilməsinə kömək məqsədi ilə Azərbaycan Hökumətinə 250 milyon dollarlıq borc ayrılmasını təsdiqləyib.

TİA.Az