Dövlət zəmanəti ilə xaricdən borc alan iri şirkətlərin siyahısı – Qazanan onlardırbackend

Dövlət zəmanəti ilə xaricdən borc alan iri şirkətlərin siyahısı – Qazanan onlardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan dövlət büdcəsi hesabına formalaşan bəzi iri şirkətlərin milyardlarla xarici borcları var.
TİA.AZ  xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu deyib və dövlət zəmanəti ilə xaricdən borc alan iri şirkətlərin siyahısını hazırlayıb.
Siyahıya görə, birinci yerdə yəni ən çox – 3 milyard 578 milyon 300 min dollarla xaricdən borc alan Azərbaycan Avtomobil Yolları Agentliyidir.
Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətin borcu isə 1 milyard 368 milyon 200 min dollardır.
Bir neçə gün öncə suyun istehlak qiymətini artıraraq bir manat edən Azərsu ASC-nin borcu isə 1 milyard 269 milyon 200 min dollardır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhimdar Cəmiyyətinin borcu 627 milyon 100 min dollar, Naxçıvan Meliorasiya və Su Təsərrüfatı İdarəsinin xarici borcu 201 milyon 900 min dollardır.