Dövlət vəsaiti hesabına tikilən evlər niyə satılmalıdır? – Natiq Cəfərlibackend

Dövlət vəsaiti hesabına tikilən evlər niyə satılmalıdır? – Natiq Cəfərli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Şəhid ailələri, onların mənzillə təminatı məsələsi yenidən gündəm olub. Bir neçə gün əvvəl Nazirlər Kabineti və insanların son zamanlar ən çox zəhləsi getdiyi qurum – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son illər qaçqın və məcburi köçkünlər üçün dövlət hesabına tikilən mənzillərin hərracla satış qaydalarını təsdiq edib. Hökumət deyir ki, məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar, onlara müvəqqəti əsaslarla dövlət tərəfindən verilən mənzillər boşaldılacaq və satışa çıxarılacaq.

TİA.AZ xəbər verir ki, bunu REAL Partiyasının icraçı katibi Natiq Cəfərli deyib. Natiq Cəfərli bildirir ki, bununla bağlı açıqlama vermişəm:
“Niyə “Qaçqınkom”, eləcə də ƏƏSMN bu mənzilləri satmağa tələsir? O binalar dövlət vəsaiti hesabına inşa edilib. Bəli, torpaqlarımız işğaldan azad edilib və köçkün yurddaşlarımız doğma torpaqlara qayıdır. O zaman bu mənzillər şəhid ailələrinə, qazilərə və ehtiyaclılara, sosial qayğıya ehtiyacı olan digər təbəqələrin insanlarına verilməlidir. Şəhid ailələri, qazilərin mənzil ehtiyacları tamamilə ödənərsə, yerdə qalan mənzillərin ehtiyaclı insanlara verilməsi reallaşa bilər.

İstifadəsiz qalan mənzillər ordu fonduna verilə bilər. Ümumiyyətlə, bir halda ki, bu binalar dövlət vəsaitiylə tikilib, deməli, burda hər bir vətəndaşın payı var. Çünki hər birimiz vergi ödəyicisiyik və dövlət büdcəsinin formalaşmasında bizim hər birimizin payı var. Dövlət zatən xərc çəkib də. Dövlət vəsaiti, vətəndaşların vergiləri hesabına tikilmiş binalar niyə yenidən hərraca çıxarılmalıdır? Bunu nəylə izah edirlər, hansı səbəb göstərirlər. O binaları hansısa şirkətlər alacaq, yenidən əhaliyə satacaq? Niyə? Bu qədər şəhid ailəsi, qazimiz, uşaq evlərini tərk edən gəncimiz varsa, bu mənzillər dövlət tərəfindən onlara ədalətli qaydada paylanmalıdır”.