Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi də “Əsgərə məktub” layihəsinə qoşuldu – FOTObackend

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi də “Əsgərə məktub” layihəsinə qoşuldu – FOTO

TİA.AZ xəbər verir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəhbərliyi və qurumun əməkdaşları “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinə qoşularaq cəsur əsgərlərimizə xoş sözlərini və arzularını ünvanlayıblar:

Müzəffər Azərbaycan Ordusunun qəhrəman, rəşadətli əsgərləri!

Bu günlər Siz Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir tariximizin səhifələrini qızıl hərflər ilə yazırsınız. Azərbaycan xalqının hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpasında arxalana biləcəyi yeganə gücün məhz Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun olması ilə bağlı xalqın əminliyini və ümidlərini canınz və qanınız bahasına təsdiq edirsiniz.

Ey şanlı qəhrəmanlar, Orxan, Vəli, İkram, Kənan, Xıdır və adlarını çəkmədiyimiz minlərlə igidlər! Qəzet səhifələrini, informasiya portallarını, televiziya verilişlərini Sizin şəkilləriniz və göstərdiyiniz şücaətlər bəzəyir. Vətən Sizinlə fəxr edir. İnanın ki, gənclərimiz döyüş yolunuzu özlərinə örnək götürüb, həyatda Sizin kimi olmaq istəyirlər.

Bu gün xalqımız tarixinin ən yüksək həmrəyliyini yaşayır. Əmin olun ki, hər kəs bu şərəf və ləyaqət mübarizəsində öz payını verməyə, dəstəyini göstərməyə çalışır, düşmənlə amansız müharibəyə səfərbərdir. Biz arxa cəbhənin əsgərləri Ali Baş Komandanın döyüş əmrinə hər an hazır olmaqla yanaşı, informasiya savaşı meydanlarında var gücümüz ilə haqq işimizi müdafiə edirik, düşməni bu cəbhədə də susdururuq. Ölkəmizdə düşmən üzərində rəşadətinizin rəmzi olaraq yeni növ zərbə tipli “İti qovan” PUA-rın istehsalına başlanılmış və artıq Ordumuzun istifadəsinə verilmişdir.

Azərbaycanın qüruru olan əsgərlərimiz! Azərbaycan xalqı bütün varlığıyla Sizin yanınızdadır. Vətən Sizə əmanətdir, Siz də Allaha əmanət olun!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki