Dövlət Vergi Xidmətindən “ƏDV” açıqlamasıbackend

Dövlət Vergi Xidmətindən “ƏDV” açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “ƏDV” ilə bağlı açıqlama yayıb. Açıqlamada hansı hallarda “ƏDV” tutulmadığı barədə də məlumat yer alıb. Aşağıda göstərilən ödənişlər zamanı “ƏDV” çıxılmır:

Dövlət orqanlarına ödənilən cərimə məbləğlərinə ƏDV hesablanmır və tutulmur.
Fiziki şəxslərin xaricdə yerləşən müəssisə və təşkilatlarla elektron ticarət qaydasında apardıqları aşağıdakı əməliyyatlar üzrə ödəmələrindən banklar tərəfindən ƏDV tutulmur:
xaricdən malların alınmasına görə ödəniş;
xaricdə otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlərə görə ödəniş;
fiziki olaraq xaricdə alınan (istehlak) edilən iş və xidmətə görə ödəniş.
Ölkə daxilində fəaliyyət göstərən müəssisə və təşkilatlara plastik kart vasitəsilə nağdsız qaydada ödənilən məbləğlərdən əlavə olaraq ƏDV tutulmur

Aytac Sahəd

TİA.AZ