Dövlət Vergi Xidməti qanunsuz obyektləri daha asan müəyyən edəcək – YENİ PLATFORMA YARADILIRbackend

Dövlət Vergi Xidməti qanunsuz obyektləri daha asan müəyyən edəcək – YENİ PLATFORMA YARADILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Vergi Xidməti üçün rəqəmsal xəritə əsaslı platforma yaradılır.

Marja.az-ın əldə etdiyi məlumata görə, bu platforma Dövlət Vergi Xidmətinə qeydiyyatsız fəaliyyət göstərən şəxsləri və obyektləri müəyyən etmək işini asanlaşdıracaq. Belə ki, dövlət qeydiyyatına alınmış və alınacaq hər bir vergi ödəyicisi və onun obyektləri barədə məlumatlar rəqəmsal xəritə əsaslı platformaya daxil ediləcəkdir. Bu da Dövlət Vergi Xidmətinə ödəyicinin və obyektin ünvanını daha tez müəyyən etməyə, eyni zamanda aşkar edilmiş obyektin qanuni və ya qanunsuz olduğunu daha tez müəyyənləşdirməyə imkan verəcək.Dövlət Vergi Xidməti üçün rəqəmsal xəritə “4Maps Bilgi Teknolojileri” MMC tərəfindən hazırlanır. Şirkət “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti “Rəqəmsal xəritə əsaslı platformanın yaradılması işlərinin görülməsi”nin satın alınması ilə bağlı keçirdiyi təkliflər sorğusunun qalibi olub və 5 avqust 2022-ci il tarixdə məbləği 3 milyon 729 min 561 manat olan satınalma müqaviləsi bağlayıb.