Dövlət katibi George Leuka Azərbaycan Respublikasının səfiri Qudsi Osmanov ilə görüşübbackend

Dövlət katibi George Leuka Azərbaycan Respublikasının səfiri Qudsi Osmanov ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki, Moldovanın Dövlət katibi George Leuka Azərbaycan Respublikasının Moldovadakı səfiri Qudsi Osmanovu qəbul edib.

Görüş zamanı iki ölkə arasında siyasi, sosial, iqtisadi və ticarət sahələrdə, eləcə də çoxtərəfli formatda qarşılıqlı əlaqələrə dair mövzular müzakirə edilib.

Rəsmilər tərəfindən ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, müxtəlif səviyyələrdə siyasi dialoqun intensivləşdirilməsi, nazirliklərarası məsləhətləşmələr və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti ilə bağlı məsələlərə toxunulub.

Hər iki ölkəni maraqlandıran mövzularda, xüsusilə Birləşmiş Millətlər Təşkilatının (BMT) seçkili orqanlarına keçirilən səsvermədə qarşılıqlı dəstək daxil olmaqla regional və beynəlxalq strukturlar çərçivəsində əməkdaşlıq barədə məlumat və fikir mübadiləsi aparılıb.