Dövlət idarəsində dava: Kişini “KamAZ”ın altına itələyərək öldürdübackend

Dövlət idarəsində dava: Kişini “KamAZ”ın altına itələyərək öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeronda Yol İstismarı İdarəsində dava olub.

TİA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinə noyabrın 8-də rayonun Güzdək qəsəbəsi ərazisində yerləşən Yol İstismarı İdarəsinin həyətində orada işləyən, Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin münaqişə zəminində Xırdalan şəhər sakini İmamverdi Alyarovu itələməsi nəticəsində sonuncunun Şəki rayon sakini R.İbrahimxəlilovun idarə etdiyi “KamAZ” markalı avtomobilin təkərlərinin altında qalaraq hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ş.Hacıyev saxlanılıb.

Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Abşeron Yol İstismarı İdarəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsusdur.