Dövlət Gömrük Komitəsi vətəndaşın iddiasına cavab veribbackend

Dövlət Gömrük Komitəsi vətəndaşın iddiasına cavab verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qanunsuz olaraq gömrük əməkdaşları tərəfindən telefonunun alındığını iddia edən vətəndaşın məsələsi ilə bağlı Dövlət Gömrük Komitəsi məsələyə aydınlıq gətirib. TİA.az-ın sorğusuna cavab olaraq komitədən bildirilib:
” Azərbaycan Respublikası vətəndaşı Vüsal Mərdanovun uzun müddətdir istifadəsində olan mobil telefonun Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq olaraq saxlanıldığına dair iddialar həqiqətə uyğun deyil.
Belə ki, sözügedən hadisə aprein 27-də baş verib. Vüsal Mərdanov mobil telefonun uzun müddətdir (cari ilin aprel ayının 4-dən etibarən) istifadəsində olduğunu iddia etsə də, cihazın elə həmin gün, aprelin 27-də qeydiyyatdan keçirildiyi müəyyənləşdirilib. Mövcud qanunvericiliyə görə şəxsi istifadə üçün nəzərdə tutulan güzəşt limitini aşdığı üçün Vüsal Mərdanova özü ilə gətirdiyi telefona görə yaranan gömrük ödənişlərini dövlət büdcəsinə ödəməklə gömrük rəsmiləşdirilməsini həyata keçirməli olduğu bildirilib.

Onu da qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə sistemi vasitəsilə aparılan araşdırma zamanı Vüsal Mərdanovun cari ilin yanvar ayından etibarən 30 dəfədən çox, təkcə mart-aprel ayları ərzində 12 dəfə Dubaya gediş-gəliş etdiyi müəyyən olunub.

Qeyd edək ki, Vüsal Mərdanovun açıq şikayət məktubunda deyilir: “27 aprel 2022-ci il tarixdə Dubaydan Bakıya gələrkən 04 aprel 2022-ci il tarixdə aktivləşdirilərək istifadəmdə olan, 04 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasında rüsumunu ödəyərək qeydiyyatdan keçirdiyim Iphone 13 Pro Max markalı, 350019043447362 imei kodlu telefonu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz olaraq əlimdən aldılar, və bu barədə qanunsuz akt tərtib edərək şəxsi telefonumu anbara qoydular. Bildirdilər ki, bu qanunsuz hərəkət barədə göstərişi general (əslində polkovnik olan, ancaq özünə general deyə müraciət etdirən) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqov verib.
Baş vermiş qanunsuz hərəkətlə bağlı dəfələrlə müraciət etsəm də, mənə bildirirlər ki, bir aydan az istifadə olunan əşya şəxsi əşya hesab edilə bilməz.
Gömrük əməkdaşlarının bu beyin düşüncəsinin necə formalaşdığını deyə bilmərəm. Ancaq insanların şəxsi istifadəsində olan əşyalardan gömrük rüsumu tutula bilməz.
Belə ki, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarının 1.3.7. və 1.5. bəndlərinə əsasən şəxsi istifadədə olan əşyalara gömrük rüsumunun alınması qadağan oldunduğu halda, gömrük əməkdaşları Mehman Sadıqovun göstərişi ilə H.Əliyev adına Hava Limanında insanları talamaqla məşğuldurlar.

Xahiş edirəm ki, mənim mobil telefonumun qaytarılmasına, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi polkovnik (özünə general dedirtdirən) Mehman Sadıqovun fəaliyyətinin araşdırılmasına göstəriş verəsiniz.”