backend

“Dövlət başçısına hörmətlə yanaşmaq hər kəsin borcudur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinə internet informasiya məkanında dövlət başçısının – Prezidentin şərəf və lәyaqәtinin qorunmasını ehtiva edən əlavələrin edilməsi ilə bağlı Milli Məclisə göndərdiyi təklif atılması olduqca zəruri olan bir addımdır.  “Baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinə internet informasiya məkanında dövlət başçısının – Prezidentin şərəf və lәyaqәtinin qorunmasını ehtiva edən əlavələrin edilməsi ilə bağlı Milli Məclisə göndərdiyi təklif atılması olduqca zəruri olan bir addımdır. 

Prezidentin həyata keçirdiyi siyasətlə razılaşmamaq, müzakirə etmək olar. Lakin, dövlət başçısına xalqın etimad göstərdiyi, ölkənin taleyini etibar etdiyi lider kimi hörmətlə yanaşmaq hər kəsin borcudur”.
Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycanda internet informasiya məkanında dövlət başçısının – Prezidentin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma cəhdi cinayət məsuliyyəti yaradacağı ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O vurğulayıb ki, dövlət başçısı xalqın verdiyi mandatla millətin siyasi iradəsini ifadə etdiyi üçün Prezidentin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma cəhdinin qarşısının alınması zəruridir və bunun üçün hüququn müdaxiləsinə ciddi ehtiyac var: “Burada qətiyyən söz və fikir azadlığının məhdudlaşdırılmasından, internet media məkanına müdaxilədən söhbət gedə bilməz. Azərbaycan internet media məkanının müstəqilliyinə, ölkənin bu sahənin inkişafına göstərdiyi dəstəyə görə dünyanın bir sıra öndəgedən dövlətləri ilə eyni sırada dayanır.
Ümumiyyətlə,  Prezidentin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma cəhdinin qarşısının alınması üçün hüquqi tənzimləmələrə dünyanın bir çox inkişaf etmiş ölkələrinin praktikasında rast gəlinur. Beynəlxalq Mətbuat İnstitutunun (IPI) 2015-ci ildə nəşr olunan hesabatına görə, Avropa Birliyi üzvü 12 ölkədə dövlət başçısına təhqirə görə cəza həmin ölkələrin müvafiq qanunlarında öz əksini tapıb. Bu sıraya Belçika, Danimarka, Almaniya, Yunanıstan, İtaliya, Malta, Hollandiya, Polşa, Portuqaliya, Sloveniya, İspaniya, İsveç kimi ölkələr daxildir”.
Fərid Şahbazlı qeyd edib ki, bu əlavələr internet media məkanında sivil müzakirə aparan, sağlam və obyektiv tənqid etməyi bacaran şəxsləri narahat etməməlidir: “İnsanları təhqir etməyi, müxtəlif yollarla şərləməyi özünə peşə seçənlər isə bu əlavələrin qəbulundan sonra qanunlar qarşısında cavab verməli olacaq”.