Dövlət başçısı: “Qarabağda PKK-nın düşərgələri var”backend

Dövlət başçısı: “Qarabağda PKK-nın düşərgələri var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xarici vətəndaşların iştirakına gəldikdə, Ermənistana baxsınlar. Orada nə qədər xarici terrorçu var. Orada PKK-lıların düşərgələri var, o cümlədən Qarabağda da PKK-lıların düşərgələri var”.

TİA.AZ  xəbər verir ki, bunu Azərbaycan Prezidenti “Haber Türk”ə müsahibəsi zamanı deyib.

“Orada öldürülən terrorçuların üzərindən Kanada, Livan pasportları çıxıb. Onlar erməni əsillidir və ya deyil – bu başqa məsələdir. Yəni, başqa ölkənin vətəndaşı gəlir orada müharibə aparır. Bu, muzdlulardır”, – prezident vurğulayıb.