Dövlət başçısı: “Azərbaycanda əhalinin 14 faizi vaksinasiya olunub”backend

Dövlət başçısı: “Azərbaycanda əhalinin 14 faizi vaksinasiya olunub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur. Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir”.
TİA.AZ xəbər verir ki, bunu aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev deyib.
“Biz yanvar ayından etibarən vaksinasiyaya başlamışıq. Bu günədək 1,4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalimizin 14 faizini təşkil edir. Lakin yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir”, – dövlət başçısı bildirib.