Tribuna İnformasiya Agentliyi

“Dövlət maliyyəsinin çoxunu təmir-tikintiyə qoymaqla uzağa getmək olmaz”

01 Dekabr
TİA.AZ moderator.az-a istinadən millət vəkili Əli Məsimli ilə müsahibəni təqdim edir:
– Milli Məclisdə büdcə müzakirələri başa çatdı. Sizcə 2019-cu ilin “Büdcə Zərfi”nin müzakirəsi əvvəlki illərdəkindən daha çox nə ilə fərqləndi?    
-2019-cu ilin dövlət büdcəsi layihəsi özündən əvvəlki illərlə müqayisədə, iqtisadi artımım  3,6 faiz, inflyasiyanın 3,8 faiz, manatın məzənnsinin 1,70 manat, eləcə də neftin qiymətinin 60 dollar proqnozları əsasında tərtib edilib. Gələn ilin büdcəsinin reallaşdırılması əvvəlki illərlə müqayisədə daha geniş miqyaslı islahat xarakterli tədbirlərlə müşayət olunacaq. Bu özünü vergilər və pensiya sahəsində daha qabarıq göstərəcək. Bu dəfəki büdcə müzakirələri əvvəlki illərlə müqayisədə 3 oxunuşdan keçdi, aktivlik dərəcəsinə görə əvvəlki illərdəkindən fərqləndi. Deputatların bütün təklifləri olmasa da, hər halda əvvəlki illərlə müqayisədə nisbətən daha çox təklifləri nəzərə alındı və onları həyata keçirməkdən ötrü əvvəlki illərdəkindən daha çox əlavə vəsait də ayrıldı. Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərinin ilkin proqnoza nisbətən 251 milyon manat artırılaraq 23 milyard 168 milyon manata, xərclərinin isə ilkin proqnoza nisbətən 410 milyon manat artırılaraq 25 milyard 190 milyon manata çatdırıldı.
 
-Bununla belə, büdcə müzakirələri zamanı bildirdiniz ki,  2019-cü ilin büdcəsi də özündən əvvəlki illərin bir sıra problemlərini daşımaqda davam edəcək və xeyli problem sadaladınız. Onların arasında hansıları daha ciddi hesab edirsiz? 
-Büdcənin tərtibində, gəlir və xərclərinin strukturunda, eləcə də icrası prosesində çatışmazlıqlar yetərincədir. Onların arasında üçünü daha ciddi hesab edirik:
Birincisi, büdcənin neft amilində asılılğının aradan qaldırılmasında ardıcıl siyasıtin olmaması. 2016 və 2017-ci illərdə Neft Fondundan transfertlərin azaldılması xətti götürülmüşdü 2015-ci ildəki 8,1 milyard manatdan 2017-ci ildə 6,1 milyard  manata endirilmişdi. Bu il Neft Fondundan transferlər  10995 milyon manata,gələn il isə 11364 milyon manata qədər artırılır.Yəni  gələn ilin büdcəsi Neft Fondundan iri transfertlər hesabına artırılır və deməli büdcəmiz dünya neft bazarınnın konyukturundan asılı vəziyyəti daha da güclənəcək. Bu hal, müəyyən dərəcədə Azərbaycan iqtisadiyyatında uzun illər neft amilinin dominant rolundan doğan bir reallıqdır.Ona görə də təbii ki, ehtiyac yarananda Neft Fondundan büdcəyə transfertlər etmək lazımdır. Amma bunun bir optimal ölçüsü və həmin vəsaitdən səmərəli istifadənin ciddi nəzarət mexanizmi olmalıdır.
İkinci əsas çatışmazlıq ondan ibarətdir ki, 2018-ci ilin büdcəsi kimi 2019-cu ilin büdcəsi də infrastruktur və sair  layihələrin  reallaşdırılması vasitəsilə makroiqtisadi sabitliyin qorunmasına yönəldilsə də, iqtisadi artımın sürətəndirilməsi və əhalinin sosial durumunun yaxşılaşdırılması ilə əlaqəsi zəifdir. Belə yanaşma büdcə proseslərinə konservativ yanaşmadır və  yeni çağırışları tam nəzərə almadan, yaranmış situasiyanın sadəcə  qorunub saxlanılmasına hesablanıb.Belə yanaşma yeni çağırışlara tam cavab vermədiyindən getdikcə riskli olacaq. Çünki infrastruktur layihələrinə,xüsusən də təmir-tikintiyə  yönəldilən vəsaitin səmərəlilik dərəcəsi yetərli səviyyədə deyil.Bu sahədə obyektiv nonitorilər aparıb, dovlər xərcləmələrini nəticəliliyi aşağı yox, yüksək olan sahələrə  yönəl tmək lazımdr. Mövcud üsulun xərci hamıdan çox, səmrəsi isə  az olduğundan, sosial  sahəyə ayrılan vəsai də yetərli olmur və əhalinin güzəranına nəzərəçarpan təsir göstərə bilmir.Əhalinin gəlirlərində əmək haqqının payı  Rusiyada 66 faiz, Qazaxıstanda 68 faiz, Azərbaycanda cəmi 33faiz təşkil edir. Büdcənin sırf  sosial xərcləri  Rusiyada  36  faiz, Qazaxıstanda 44 faiz, Belarusda -46 faiz , Özbəkistanda  54 faiz, Azərbaycanda isə 26 faizdır.
Belə bir bölgü şəraitində sosial  məsələlər  əgər bundan sonra da qəbul olunan qanunların tələbləri əsasında yox, aidiyyatı sahələrin  məmurlarının mülahizələri əsasında  tənzimlənməkdə davam ediləcəksə, onda müstəqillik illəridə postsovet və postkommumist məkanında  ən yüksək templərlə artan, təkcə son 15 ildə iqtisadiyyatına  250 milyard dollara yaxın sərmayı qoyulan  və iqtisadiyytı  3 dəfədən çox  böyüyən, Azərbaycan  yerləşdiyi  regionda potensialı bizdən müqayisəyəgəlməz dərəcədə  aşağı olan digər iki ölkə ilə müqayisədə əmək haqqı sahəsində ausayderə çevriləcək.
Buna qətiyyən yol vermək olmaz! Buna yol verməməkdən ötrü, digər şərtləri yerinə yetirməklə yanaşı, həm də  sosial  məsələlər  aidiyyatı sahələrin  məmurlarının mülahizələri əsasında  tənzimlənməsi praktikasından  qanunlar əsasnda tənzimləməyə keçmək lazımdır.
Üçüncüsü, dövlət maliyyəsinin əsas məqsədlərindən biri innovasiyalara əsaslanan iqtisadi artımım stimullaşdırılması olduğundan,büdcə xərclərinin strukturu elə olmalıdır ki,məhsuldar xərclər qeyri məhsuldar xərcləri üstələsin ki, növbəti illərdə də  qeyri məhsuldar xərcləri artırmaq üçün iqtisadi faliyyətin səmərəliliyindən qaynaqlanan bazalar olsun. Bu baxımdan büdcə xərcləmələrinin strukturunu və təmir-tikintiyə daha çox vəsit ayrılması variantını məqbul hesab etmirik.Büdcə vəsaitlərinin xeyli hissəsinin gəlirli olmayan sahələrə,  səmərəsiz və az səmərəli layihələrə və eyni infrastruktura dəfələrlə pul xərclənməsi praktikasına son qoyulmalıdır. Ona görə də büdcə xərcləmələrində  etibarlı bir  məsuliyyət,nəzarət, şəffaflıq, monitorinq və hesabatlılıq mexanizmi  tətbiq olunmalıdır.
-Büdcə müzakirələrində qaldırılan məsələrə münasibət bildirərkən maliyyə naziri qeyd etdi ki, millət vəkillərinin təklifləri əsasında büdcəyə dəyişiklik edilib və onların ümumi maliyyə tutumu 610 milyon manat təşkil edir. Nazir onu da qeyd etdi ki, millət vəkilləri hərəfindən irəli sürülən təkliflərin ümumilikdə maliyyə tutumu 7 milyard manatdır.Ancaq indiki dövrdə bunun dövlət büdcəsinin xərclərinə aid edilməsi qeyri-realdır. Bunlar mərhələli şəkildə həll olunacaq….
– Təbii ki, büdcə müzakirələri zamanı irəli sürülən bütün təklifləri həyat keçirmək üçün  zəruri olan maliyyə təminatını bir ilin icində həll etmək olmaz. Amma elə məsələlər var ki, onların həllinin bundan sonra da  gecikdirilməsi həm əhaliyə və dövlətə ciddi zərbədir, həm də onun mürəkkəbləşmiş həllinə əvvəlkindən daha çox xərc çəkmək lazım gələcək.Unutmayaq ki, hökumətin və Milli Məclisin ən mühüm missiyası öz fəaliyyətləri ilə  davamlı sosial-iqtisadi tərəqqiyə və insanların rifahının yüksəlməsinə  xidmət etməkdir. Bəli,məlumat verildi ki, millət vəkilləri tərəfindən irəli sürülən təkliflərin ümumilikdə maliyyə tutumu 7 milyard manatdır.Məsələnin o biri tərəfi də var…. Büdcə gəlirlərinin və xərclərinin artımı əsasən Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalardan və gözlənilən artım hesabına baş tutacaq.Bu yaxşı haldı…Amma büdcəyə daha iri məbləğlı vəsaitlər cəlb etməkədən ötrü başqa mənbələr də var. Hər il büdcə müzakirələri zamanı  biz  həmin mənbələr barədə danışırıq.Bu ilki büdcə müzakiriləri zanmanı  təkcə bizim göstərdiyim maliyyə mənbəmələri üst-üstə gəlinib  tədricən işə salınsa, 10 milyard manatdan çox əlavə vəsait alınar. Deməli imkan yetərincədir və həmin mənbələri də  işə salmaq lazımdır.
-Büdcə müzakirələri zamanı daha çox təklif irəli sürən millət vəkillərindən biri kimi hansı təkliflərinizin daha tez reallaşdırılmasını istərdiz?
-Hesab edirik ki, sosial sahədə yaranmış vəziyyət  ”əhalinin güzaranı daha da yaxşılaşıb” kimi, xüsusən   devalvasiyadan sonra yoxsul, qismən də ortabab təbəqəyə aidiyyatı olmayan prizmadan yox, hazırkı real durum baxımından hökumətdə  ciddi təhlillər aparılmalıdır. Nazirlər Kabinetinin, Maliyyə Nazirliyinin və digər hökumət qurumlarının  gələn il və yaxın illər üçün  konkret   SOSİAL HƏDƏFLƏR müəyyənləşdirməsinə və  onları  reallaşdırmaqdan ötrü  SOSİAL TƏŞƏBBÜSLƏRLƏ çıxış etməsinə ehtiyac var:
1.Müstəqillik illərində Azərbaycan iqtisadiyytı postkommunust və postsovet məkanında  ən sürətlə artan iqtisadiyyatdır.Hətta neft bumu mərhələsində 2011-ci ilə qədər Azərbaycan iqtisadiyyatının orta illik artım templəri dünya orta artım temini 5-6 dəfə üstələyirdi.Ondan sonra isə artım tempimiz zəifləyib və son 2 ildə əks proses  nəticəsində dünya orta artım teminidən  5-6 dəfə  geri qalır.Gələn ildən  bu geriliyi aradan qaldırmaqdan ötrü(buna real şans var), digər şərtlərlə yanaşı, həm də büdcədə nəzərdə tutulan  investisiya xərclərinin multiplikativ effekti iqtisadi artım templərinin yüksəldilməsinə xidmət etməlidir ki, əhalinin güzəranın yaxşılaşdırılmaısna əlavə vəsait yaransın.Yəni bu  çatışmazlıq aradan qaldırılmalıdır ki, büdcəmiz həm iqtisadi artım templərinin sürətləndirilməsinə həm də aztəminatlı təbəqənin güzəranının yaxşılaşmasına nəzərəçarpan dərəcədə təsir edə bilsin.
2.Azərbaycanda milli gəlirin bölgüsündə  ədalət prinsipini təmin etmək lazımdır. MDB-nin 3 əsas enerjidaşıyıcılı ölkəsini  müqayisə etdikdə  görürük ki, Qazaxıstanda ÜDM-in(yeni yaradılan dəyərin) 30 faizindən çoxu, Rusiyada- 45 faizindən çoxu,Azərbaycanda isə 20 faizindən azı əməyin ödənilməsinə gedir. Ona görə də son illər regionda iqtisadi atımın tempi ilə yanaşı, əmək haqqının səviyyəsinə görə də ausayderə çevrilmək riski ilə üzləşmişik. Buna qətiyyən yol vermək olmaz. Ona görə də hökumət 2020-ci ilin sonunadək  orta əmək haqqının  səviyyəsinə görə regionda  1-ci,  MDB məkanında 2-ci olmaq kimi hədəf götürməli və innovasiyalı iqtisadi inkişafı təmin etmək, milli gəlirin bölgüsündəki ədalətsizliyi aradan qaldırmaq,korrupsiyaya qarşı mübarizəni gücləndirmək,dövlət vəsaitlərinin bir hissəsinin korrupsiyaynın yeminə çevrilməsinin qarşının alınmasının sffektiv mexanizmini tətbiq etmək,kölgə iqtisadiyyatının dairəsini məhdudlaşdırmaq,qanundan yuxarıda duranları qanunlara əməl etmməyə vadar etmək, buna məhəl qoymayanları kənarlaşdırmaq,qanunla müəyyən olunan  cəzasını vermək və beynəlxalq təcrübədən məlum olan digər üsulların effektiv kombinasiyası əsaınada buna nail olmalıdır.Mövcud ədalətsizliklər və özbaşınalıqlar vaxtında aradan qaldırılmalıdır ki,məmurun  milyardlar talaması işdən çıxandan sonra yox,əsl zamanında aşkarlansın.
3.2018-ci ilin yanvar-sentyabr  aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 541 manat olmuşdur.Amma bu orta statistik rəqəmdir,çoxunun aylıq gəliri bundan aşağıdır. Neft sektorunsa orta əmək haqqı 3200 manatdan yüksək,qeyri-neft sektorunda isə 480 manatın altındadır.Maliyyə sekrorunda çalışanın orta maaşı 1600 manatdan yüksəkdir.Rəsmi statistika dövlət sektorunda çalışanların maaşalarını 1400 manatın altında,özəl sektorda çalışanların maaşlarını isə 1600 manata yaxın göstərsə də, bu da orta statistik rəqəmdir və hər iki sektorda 300- 500 arası əmək haqqı alanlar da  xeyli saydadır. Doğrudur, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artıb və  onların orta aylıq əməkhaqqı 500 manata çatıb.Amma ümumilikdə götürdükdə  təhsildə  maaş orta hesabla 360   manat, səhiyyədə -250 manat ətrafındadır.
Üç il bundan əvvəl əmək haqqının orta səviyyəsinə görə.Gürcüstanı da saysaq, MDB məkanında 3-cü-4cü yerdə olurduq.İndi 6-cı yerdəyik.Əmək haqql sahəsində önə keçməkdən ötrü,alternativi olmayan innovasiyalı inkişaf yoluna çıxıb iqsisadı artım templərini yüksəltmıliyik ki, yüksək əmək haqqına da iqtisadi zəmin yaransın.İslahatlar sistemli aparılsa,gələn il Azərbaycanda iqtsadi artım tempi bu ilkindən nəzərəçarpan dərəcədə yüksək,əks halda proqnoz göstəricisindən aşağı ola bilər.Bununla yanaşı  büdcə təşkilatlarında çalışanların, müəllimlərin, həkimlərin, elm,mədəniyyət sahəsində,dövlət stukturlarında çalışıb az maaaş alanların maaşları artırılmalıdır. Bununla yanaşı qeyri-dövlət sektorunda ikili mühasibatın və  əmək haqqının az hisssini sənədlərdə rəsmən göstərib, qalanını  isə  konvertdə vermə praktikasını aradan qaldırmaq lazımdır. Çünki konvertdə maaş alanlar  həm ölkənin rəsmi  elan olunan orta əmək haqqı göstəricisini aşağı salır,həm də ipotekadan yaralana bilmirlər,pensiyaya çıxanda isə aşağı pensiya alacaqlar.
4. Artıq üçüncü ildir ki, xarici valyutada olan problemli kreditlərə güzəştin verilməsi məsələsi gündmdə olsa da,bu problem öz həllini tapmayıb. Bununla bağlı biz deputat həmkarm Vahid Əhmədovla birlikdə Təkliflər Paketi hazırlayıb təqdimetmişik. Mülki Məcəllədə göstərilib ki, öhdəliklər icra edilə bilmirsə, ona xitam verilir. Icra haqqında qanunda deyilir ki, hər hansı məhkəmə qərarının icrası mümkün deyilsə, ona xitam verilir. Yəni borc silinməlidir. Xarici valyutada olan problemli kreditlərə güzəştin verilməsi məsələsinin həllinin bu qədər uzanmasına görə dövlət müəyyən məsuliyyət daşıyır. Ona görə də 2019-cu ilin sonunadək  xarici valyutada olan kreditlərlə  bağlı obyektiv araşdırmalardan sonra əhaliyə dövlət  və banklar səviyyəsində güzəştlərin edilməsi, ödəniş qabiliyyıti olmayan  imkansız  şəxslərin borclarının  isə silinməsini zəruri hesab edirik.
5.Dövlət maliyyəsinin çoxunu təmir-tikintiyə qoymaqla uzağa getmək olmaz.Bu öz  məqbul meyarları çərçivəsinə salınmalı və gələcəyə də sərmayə qoymaq lazımdır. Gələcəyə sərmayə qoyuluşu daha çox insan kapitalına yönəldilməli, yeni doğulan uşaqdan başlayıb, təhsilə, elmə,innovasiyalara  doğru hərəkət etməlidir.
Xeyli ailələrdə  uşaqların  qidalanması üçün  maddı imkan zəifdir. Bu isə uşqaların fiziki və psixi cəhətdən sağlam böyüməsinə mane olur. Belə vəziyyət millətin gələcəyi  üçün  təhlükə mənbələrindən biridir.Ailənin möhkəmləndirilməsi, sağlam uşaqların yetişdirilməsi, ailələrin sosial ehtiyaclarının ödənilməsi – bütün bunlar bütövlükdə Azərbaycanın inkişafı deməkdir.Uşaqpullarının  birdəfəlik məbləğnı tədricən uşaqlar üçün yaşayış minimumunun iki, üç və sair mislinə çatdırmaq və 2020-ci ildən müəyyən yaşa qədər uşaqlara uşaqlar üçün yaşayış minimumunu əsas götürməklə  müavinət verilməsini zəruri hesab edirik.
6.Məşhur bir kəlamda deyildiyi kimi, bir milləti məhv etmək üçün atom bombasına ehtiyac yox,onun təhsili iflasa uğratmaq kifayətdir.Təhsilin iflası-millətin iflası deməkdir. Təhsil sahəsində aparılan mütərəqqi islahatların hər addımı dəstəkləyəcəyik. Bununla belə təhsil sistemimizin rəqabət qabiliyyətliyini təmin etməkdən ötrü hələ çox iş görmək lazımdır. Universitetlərdə təhsil alan tələbələrin hər 3 nəfərindən 2-si(s0n illər bi rəqəm daha da atrıb) ödənişli əsaslarla təhsil alır.Orta əmək haqqının 550 manat ,xeyli insanın 200-300 manat maaş aldığı şəraitdə təhsil haqqlarınin yuxarı həddi 5 min manata çatır.Dövlt ali məktəblərində də ödənişli təhsil xeyli artıb. Ya dövlət ali məktəblərində təhsil  pulsuz olmalı, ya da Azərbaycanda da təhsil cəmiyyətini formalaşdıran Boloniya sisteminə keçən əksər olkələrdə olduğu kimi, bizdə də təhsil kreditləri mexanizminin tətbiq dairəsi genişlndirilməlidir. Bir ilə 25-28 faizə təhsil krediti olmaz.Bu istehlak kredinin çevrilmiş formasıdır. Hər il minlərlə gənc təhsil haqqını ödəyə bilmədiyi üçün təhsildən kənarlaşdırılır.Təhsil Strategiyasinda göstərildiyi kimi, gələn ildən Təhsil kreditlərinin  tətbiq dairəsini  genişləndirmək  və  yaxın illərdə onun əhatə dairəsini  yoxsul ailələri əhatə etmə səviyyəsinə çatdırılmaısnı zəruri hesab edirik.
7. Elmə ayrılan vəsait bu sahə üzrə iqtisadi təhlükəsizliyin kritik həddindən 12 dəfə azdır və ÜDM-in cəmi 0,16 faizni, büdcəninisə 0,5 faizinini təşkil edir. Milli Elmlər Akademiyasında çalışan kiçik elmi işçi tarif dərəcəsindən asılı olaraq 227-240 manat,elmi işçi-240-267 manat,böyük elmi işçi-207-306 manat maaş alır. Nə qədər ki, gənc elmi işçilər ailə qurmayıb,bəlkə də belə aşağı maaşa qane olub,işləyirlər.Ailə qurandan sonra görəcəklər ki,aldıqları maaş heç uşağın yeməyinə belə çatmır.Belə şəraitdə  Azərbaycan elminin problemi alimindən daha çox maliyyəsindədir deyə, ciddi islahatlar aparmaq şərtilə eli işçilərin əmək haqqlarının artırılması  problemi də həll etmək lazımdır. İslahatlar yolu ilə elmin iqtisadiyytala inteqrasiyasına nail ola bilsək,həmin sahəyə yönəldilən hər manat digər sahələrdəkindən daha çox,bir sıra hallarda isə hətta  “birə-on” nisbətində gəlir gətirəcək.