“Doqquz gün öncə…” – Fərda Ramizin ölümündən yazdıbackend

“Doqquz gün öncə…” – Fərda Ramizin ölümündən yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktyor Fərda Xudaverdiyev bir neçə saat öncə qəflətən vəfat etmiş həmkarı Ramiz Hüseynzadə barədə yazıb.

TİA.AZ xəbər verir ki, Xudaverdiyev dostuyla axırıncı dəfə doqquz gün öncə görüşdüyünü bildirib:

Allah sənə rəhmət eləsin, Ramiz qardaşım, illərin dostu. Yaxşı ki 9 gün bundan öncə arzusunda olduğun məkanın açılışına gəldim və son dəfə görüşdük. Məkanın cənnət olsun. Ömür çox qısadır, dostlar, ölüm isə yaşa baxmır. Çalışaq mehriban olaq”.

Qeyd edək ki, R.Hüseynzadə beyinə qan sızması nəticəsində 42 yaşında qəflətən dünyasını dəyişib.