Tribuna İnformasiya Agentliyi

Donald Trampın fəaliyyətini ölkə əhalisinin 60 faizi bəyənmir

27 Noyabr

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini ölkə əhalisinin 60 faizi bəyənmir.

“Report” CNN-ə istinadən xəbər verir ki, “Gallup” tərəfindən keçirilən rəy sorğusunda respondentlərin 38%-i dövlət başçısının fəaliyyətindən razı olduqlarını bildiriblər.

Əvvəlki sorğuda isə Prezidentin fəaliyyətindən razı olanlar 43%, narazılar isə 53% təşkil etmişdi.

Beləliklə, bir həftə ərzində D.Trampdan razı olanların sayı 5% azalıbsa, narazıların sayı 7% artıb.