Donald Tramp: Karantin koronavirusun özündən pisdirbackend

Donald Tramp: Karantin koronavirusun özündən pisdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp bildirib ki, COVID-19-a görə tətbiq edilmiş karantin qaydaları virusun özündən də pisdir.

TİA.AZ xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün tvitterdəki səhifəsində yazıb.

“Demokratlar tərəfindən idarə olunan ştatlarda karantin bir çox insanların həyatını tamamilə dağıdır. Bu, Çin virusunun vurduğu ziyandan da pisdir. Özünü təcridetməyə baxmayaraq, Kaliforniyada yoluxanların sayı artdı”, – o tvitterdəki hesabında yazıb.

Bu halda Tramp qeyd edib ki, qadağaların olmadığı Florida və başqa regionlarda virusun yayılmasının öhdəsindən əla gəlirlər.

Con Hopkins Universitetinin məlumatına görə, ABŞ COVID-19-a yoluxma hallarının sayına görə dünyada birinci yerdədir. Ölkədə koronavirusa demək olar, 18 milyon yoluxma qeydə alınıb, 330 mindən çox insan virusdan ölüb.