Tribuna İnformasiya Agentliyi

Donald Tramp da erməniləri məyus etdi

24 Aprel

ABŞ prezidenti Donald Trump 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı bəyanatında “soyqırım” sözünü işlətməyib. 

ABŞ prezidenti Donald Trump 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı bəyanatında “soyqırım” sözünü işlətməyib.

Bu barədə TİA.AZ Oxu.Az- istinadən xəbər verir.

D.Tramp 24 aprel hadisələrini sadəcə “böyük fəlakət” adlandırıb. 

Qeyd edək ki, hər ilin aprel ayının 24-də Ermənistan qondarma “erməni soyqırımı”nın ildönümünü qeyd edir.

Ermənilər və erməni lobbisi iddia edir ki, Türkiyə cümhuriyyətinin sələfi – Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı “soyqırımı” törədib.